Nikolas Kanales Neftçidə forma seçimini də etdi
14 fevral 2016 14:00
“Neftçi” çilili futbolçu Nikolas Kanaleslə mövsümün sonunadək müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, mərkəz hücumçusu bu komandada 9 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Çili milli komandasının (1 oyun) və U-20 yığmasının (13 oyun, 6 qol) sabiq üzvü Nikolas Kanales 2012-2013, 2014-2015-ci illərdə “Neftçi”nin heyətində çıxış edib.