Qasımov penalti yarışmasının qalibi oldu
14 fevral 2016 13:40
“Neftçi” – “Xəzər Lənkəran” oyunundan əvvəl azarkeşlər arasında ənənəvi penalti yarışması və əyləncəli virtual penalti müsabiqəsi baş tutub. Azerisport.az xəbər verir ki, 47 iştirakçının qatıldğı penalti yarışmasında zərbələri dəqiq yerinə yetirməklə 25 xal toplayan paytaxt klubunun azarkeşi Elvin Qasımov “Neftçi”nin orijinal formasını qazanıb.
Qalibə hədiyyəni “Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə təqdim edib. (klub saytı)