Erat 90 dəqiqə oynadı, Fortuna qalib gəldi
14 fevral 2016 13:00
Almaniya Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Redinqhauzen"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 34 xalla 19 klub arasında 4-cü pillədə qərarlaşıb.