İspaniya millimizi məğlub edən komandanı AÇ-nin finalında darmadağın etdi
14 fevral 2016 11:40
Serbiyanın paytaxtı Belqradda təşkil olunan futzal üzrə Avropa çempionatının final mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin həlledici oyununda İspaniya yığması Rusiya ilə qarşılaşıb.
Matç ispanların 7:3 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, İspaniya yığması tarixində yeddinci dəfə Avropa çempionu adını qazanıb.
AÇ-2016-nın üçüncü yer uğrunda oyununda isə turnirə ev sahibliyi edən Serbiya Qazaxıstanla qarşılaşıb. Bu görüşdə qazaxlar 5:2 hesabıyla üstün olublar.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının 1/4 finalında Rusiyaya 2:6 hesabıyla uduzaraq, mübarizəni dayandırmışdı.