Nazarov oynadı, Karlsrue qalib gəldi
14 fevral 2016 11:00
Almaniya ikinci Bundesliqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Duysburq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 1:0 hesablı qələbəyə sevinib. Nazarov bu görüşün 61-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 29 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.