Elbrus Məmmədov: Bizdə təcrübə çatmadı
13 fevral 2016 19:15
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Gərgin oyun oldu. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Əfsuslar olsun ki, bizim futbolçularda təcrübə çatmadı. Matçın sonunda qol buraxmaq çox üzücüdür. Amma heç kimdən narazılığım yoxdur. Uşaqlar sonadək vuruşdular". (СВС)