Əsgər Abdullayev: Cavid İmamveriyev yəqin ki, özündən narazı idi
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çətin oyun olacağını bilirdik. Rəqibin heyətində xeyli gənc futbolçu var. Onlar sonadək mübarizə apardılar. Komandamızın bombardiri Ruslan Qurbanov bu oyunu buraxmalı olmuşdu. Ona görə də Anyeteni hücumçu mövqeyində oynatmağa qərar vermişdim. Amma o, orta xəttə də kömək edirdi. İkinci hissədə sxemi dəyişdik. Qələbə qazanmaq üçün üç hücumçu ilə oynamağa başladıq. İstəyimizə də çatdıq. Cavid İmamverdiyevin əvəz olunduğu epizodda məncə, heç nə baş verməmişdi. Ola bilsin ki, özündən narazı imiş. Nikolas Kanalesə gəlincə, bizə köməyi dəyə bilər". (СВС)