Qəbələnin sabiq hücumçusu Yunanıstan klubunda
13 fevral 2016 15:00
"Qəbələ"nin sabiq hücumçusu Ruslan Fomin özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Yunanıstan birinci divizionunda çıxış edəcək.
Belə ki, ukraynalı forvard bu ölkənin "Apollon" klubu ilə müqavilə imzalayıb.
Xatırladaq ki, Fomin "Qəbələ"yə Roman Qriqorçukla birgə gəlmişdi.