Samir Əliyev: Domjale Samir Məsimovu gözəl gözlərinə görə dəvət etməyib
13 fevral 2016 14:00
"Neftçi"nin məşqçisi Samir Əliyev bu komandanın gənc futbolçusu Samir Məsimovun Sloveniyanın "Domjale" klubuna transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məsimova yeni klubunda uğurlar arzulayıram. İnanıram ki, o, Sloveniyada özünü yaxşı tərəfdən göstərməyi bacaracaq. Hər şey özündən asılıdır. Əminəm ki, onu Sloveniya klubuna gözəl gözlərinə görə dəvət etməyiblər. Yəqin ki, onda nəsə görüb, bəyənib, dəvət ediblər".
Qeyd edək ki, Samir Əliyev baş məşqçi olduğu dövrdə bu futbolçunu əvəzedici heyətə göndərmişdi.