Azərbaycan yığmasının üzvü 10 gün məcburi istirahət edəcək
13 fevral 2016 13:20
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov zədələnib. Azerisport.az xəbər verir ki, o, AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirilmiş oyunda (2:6) sıradan çıxıb.
Oyunçunun saytımıza verdiyi məlumata görə, hazırda o, zədəsini sağaltmaqla məşğuldur. Bu üzdən Bakıdakı klinikalardan birində yatan futbolçunun təqribən 10 gündən sonra sıraya dönməsi gözlənilir.