"Neftçi ilə oyunda heç-heçəyə oynayacağıq"
13 fevral 2016 12:40
"Xəzər Lənkəran"ın müdafiəçisi Vüqar Bəybalayev Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyunun çətin keçəcəyini bilirik. Heyətimizdə itkilər var. Buna baxmayaraq, heç-heçə üçün mübarizə aparacağıq. Ola bilər ki, kimsə bu oyunun vacib olmadığını düşünür. Amma Lənkəranda bu oyuna böyük maraq var. Ona görə də uduzmamağa çalışacağıq. Təəssüf ki, bu oyunda azarkeşlərimizin dəstəyindən məhrumuq. Onların dəstəyi olmadan oynamaq çətin olacaq".