Zaur Svanadze: İtkilərimiz olsa da, AZAL-la oyunda dönüş etmək istəyirik
13 fevral 2016 00:25
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətlə bağlı itkilərimiz var. Digər itkilərimizə Zurab Xizanişvili də qoşulub. Bütün itkilərə baxmayaraq, adi qaydada hazırlaşırıq. AZAL-la oyunda nəticələrimizi yaxşılaşdırmağa çalışacağıq. Hələ ki, qazandığımız nəticələrin daha yaxşı olmasını arzulayırıq. Əslində, yaxşı oynayırıq. Sadəcə, müsbət nəticə yoxdur. Fikrimcə, bu oyunda layiqli oyun sərgiləyə biləcəyik və bizə lazım olan nəticəni qazanacağıq".