Tino Peres: Şanslar bərabərdir
12 fevral 2016 17:20
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Peres DÇ-2016-nın pley-off mərhələsinin püşkünün nəticəsi ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, mundiala vəsiqə qazanmaq üçün Hollandiya səddini keçməli olacaq komandamızın çalışdırıcısı bunları söyləyib:
“Hollandiya yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir. Komandanın oyun dəst-xətti haqda geniş məlumata sahib deyilik, amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik. Yalnız son oyunlardakı nəticələri haqda məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə - bərabər dəyərləndirirəm. Birinci oyundan sonra yekun fikir bildirmək olar. İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik”. (AFFA)