Neftçi Mpenza ilə razılığa gəldi
12 fevral 2016 13:15
"Neftçi" sabiq hücumçusu Emil Mpenzaya olan borc məsələsini həll edib. Azerisport.az saytına paytaxt klubunun mətbuat xidmətindən verilən məlumata görə, Mpenzaya olan borc hissə-hissə ödəniləcək.
Qeyd edək ki, "Neftçi" Mpenzaya 800 min dollar məbləğində vəsait ödəməlidir.