Vəli Qasımov: Nikolas Kanales Neftçiyə qayıtmaq istəyir
"Neftçi"nin idman direktoru Vəli Qasımov komandanın sabiq hücumçusu Nikolas Kanalesin yenidən bu kluba qayıtmasının mümkünlüyündən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kanales "Neftçi"yə qayıtmaq istəyir. Yaxşı hücumçu bizə mane olmaz. Sadəcə, hazırda onun oyun forması sual altındadır. Çünki yarım ildir futbol oynamır.
Qarşıda bizi "Xəzər Lənkəran"la çətin oyun gözləyir. "Rəvan"la görüşdəki xal itkisindən sonra yenidən belə bir aqibətlə üzləşmək istəmirik. Düzdür, XL yaxşı günlərini yaşamır. Amma "Rəvan" da hazırda oxşar vəziyyətdədir. Buna baxmayaraq, onlar bizdən xal almağı bacardılar. Əminəm ki, Lənkəran klubu da meydana böyük istəklə çıxacaq. "Neftçi" hazırda yaxşı formadadır. Bundan yararlanıb, uğur qazanmaq lazımdır".