PFL: Böyük oyunla bağlı qərarda dəyişiklik edilməyəcək
11 fevral 2016 17:45
Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutacaq "Neftçi" - "Xəzər Lənkəran" oyunu məlum sanskiya səbəbindən yenə qonaq komandanın azarkeşlərinin iştirakı olmadan keçiriləcək. Azerisport.az saytına Peşəkar Futbol Liqasından verilən məlumata görə, AFFA-nın bu barədə çıxardığı qərarda heç bir dəyişiklik edilməyib.
Nəzərə alsaq ki, Bakıda keçiriləcək bu görüşdən sonra yalnız dördüncü dövrədə Lənkərandakı qarşılaşma qalacaq, mövsümün sonunadək məlum qərarda hansısa dəyişiklik edilməsi gözlənilmir.