Şayaxmetov millimizə vurduqları ikinci qoldan danışdı
11 fevral 2016 16:15
Futzal üzrə Rusiya yığmasının üzvü Vladislav Şayaxmetov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Azərbaycan üzərində qazandıqları 6:2 hesablı qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o bunları söyləyib:
"Bizim üzərində çox çalışdığımız bir neçə standart vəziyyət var. Azərbaycanla oyunda vurduğumuz ikinci qol zamanı bir qədər fərqli oynamaq istəyirdik. Amma elə alındı ki, qolu özümüzə xas olmayan manerada vurduq".
Qeyd edək ki, rusların millimizə vurduğu ikinci qolun müəllifi Romulo olub.