Sergey Sergeyev Azərbaycan üzərində qələbədən danışdı
11 fevral 2016 15:30
Futzal üzrə Rusiya yığmasının üzvü Sergey Sergeyev Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Azərbaycan üzərində qazandıqları 6:2 hesablı qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o bunları söyləyib:
"Komandamızın çıxışında qüsurlar var idi. Amma oyundan oyuna daha yaxşı çıxış etdiyimiz görünür. Ümid edirəm ki, yarımfinal qarşılaşmasına daha döyüşkən ruhla və tam hazırlıqlı çıxacağıq. 1/4 finaldakı qələbəmizi sadəcə, səviyyə hesabına əldə etdiyimizi demək olmaz. Avropa çempionatında çıxış edən komandaların hamısı futbol oynamağı bacardığını göstərdi. Biz hər oyuna tam gücümüzü qoyuruq. Ona görə də rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz".