XL sabiq yarımmüdafiəçisini geri qaytardı
11 fevral 2016 14:30
"Xəzər Lənkəran" dekabr ayında transferə çıxardığı sabiq yarımmüdafiəçisi Kamran Abdullazadə ilə bağlı qərarını dəyişib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi və məşqçilər korpusu bu futbolçunun komandaya qayıtmasına qərar veriblər.
"Ağ-yaşıllar"ın transferə çıxardığı digər futbolçu - Elnur Cəfərovun məsələsi isə açıq qalır. Hazırda o, özünə yeni klub axtarsa da, bir nəticə əldə etməyib. Enurun komandaya qayıdıb-qayıtmayacağı da dəqiq bilinmir.