Şahruddin Məhəmmədəliyev: Qarabağın əsas qapıçısı İbrahim Şehiçdir
11 fevral 2016 13:15
"Qarabağ"ın yeni qapıçısı Şahruddin Məhəmmədəliyev Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunda Ağdam klubunun heyətində debüt matçına çıxmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"la oyunda "Qarabağ"ın heyətində debüt etdiyim üçün çox şadam. Növbəti oyunlarda da baş məşqçinin etimadını doğrultmağa çalışacağam. İbrahim Şehiçlə müqayisə olunmağıma gəlincə, komandanın bir nömrəsi məhz o hesab olunur".