Neftçi - Xəzər Lənkəran oyununun biletləri satışda
11 fevral 2016 12:15
Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, fevralın 13-də “Bakcell Arena”da keçiriləcək oyun saat 17:00-da başlanacaq. (klub saytı)