Rəvan rəhbərliyi Zirə üzərində qələbəyə görə mükafat təyin etdi
10 fevral 2016 16:00
"Rəvan" rəhbərliyi futbolçulara olan borcun bir hissəsini ödəməyə söz verib. Azerisport.az xəbər verir ki, həmin məbləğin Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Zirə" ilə oyuna qədər verilməsi gözlənilir.
Hansı ki, həmin oyun fevralın 15-də keçiriləcək. Klub rəhbərliyi "Zirə" üzərində qələbəyə görə mükafat da söz verib. Özü də futbolçular həmin mükafatı oyundan dərhal sonra alacaqlar.