Rasim Ramaldanov: Qəbələ ilə oyunda debüt edə bilərəm
10 fevral 2016 15:00
"Sumqayıt"ın müdafiəçisi Rasim Ramaldanov bəyan edib ki, Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Qəbələ" ilə oyunda yeni klubunda debüt edə bilər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" yaxşı komandadır. Çətin olacağını başa düşürük. Çünki səfərdə oynayacağıq. Amma "Qəbələ" üçün də çətin oyun olacaq. Allaha şükür ki, yaxşı forma yığmışam və "Qəbələ" ilə oyunda yeni klubumda debüt etməyi planlaşdırıram. Bir-iki oyundan sonra əla formada olacağam".