Konstantin Maxnovski: Rəvanın verdiyi pula Bakı kimi bahalı şəhərdə yaşamaq çətin idi
"Rəvan"ın sabiq qapıçısı Konstantin Maxnovski Azərbaycan çempionatında çıxış etdiyi günləri xatırlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hazırda Kiyevdəyəm. Menecerimlə birgə yeni iş yeri axtarışlarımı davam etdirirəm. İki həftə əvvəl Azərbaycanın "Rəvan" klubu ilə müqaviləmi ləğv etdim. Azərbaycandakı karyerama gəlincə, orada çempionat dörd dövrəlidir. Bir sözlə, mövsümün tən yarısını (18 oyun) orada keçirdim. Özü də əvvəldən axıra kimi. Üstəlik, ölkə kubokunda da bir oyun keçirmişdim. Baş məşqçi mənə güvənirdi. Yeni il ərəfəsində bu klubda maliyyə vəziyyəti ciddi şəkildə pisləşməyə başladı. Ondan sonra bütün aparıcı futbolçular klubu tərk etməyə başladılar. Klubun verdiyi qəpik-quruşa isə Bakı kimi bahalı şəhərdə yaşamaq real deyildi".