Qarabağ öz stadionunda oynamaqdan imtina etdi
10 fevral 2016 13:20
"Qarabağ" avrokubokların yeni mövsümündə də oyunlarını öz stadionunda keçirməyəcək. Azerisport.az xəbər verir ki, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu yenidən quran və daxili yarışlardakı ev oyunlarını burada keçirən Ağdam klubu beynəlxalq səviyyəli qarşılaşmaları yenə Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyi düşünür.
Buna səbəb Suraxanıdakı arenanın az azarkeş tutmasıdır. Beşminlik arena qitə miqyaslı turnirlər zamanı 25-30 min azarkeş toplayan Ağdam klubuna sərf etmir. Çünki son iki mövsümdə mərkəzi arenada keçirdiyi oyunlarda bilet satışı ilə xeyli gəlir əldə edən "Qarabağ" bundan məhrum olmaq istəmir.