"Azərbaycan ilə oyunda hər şey nisbətən yaxşı alındı"
10 fevral 2016 13:00
Futzal üzrə Rusiya yığmasının üzvü Daniil Davıdov AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Azərbaycan üzərində 6:2 hesablı qələbə qazandıqları oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Avropa çempionatında məlum çətinliklərlə üzləşəcəyimizi gözləmirdim. Amma Azərbaycan ilə oyunda hər şey nisbətən yaxşı alındı. Əlbəttə, ideal da adlandırmaq olmazdı. Çünki rəqibin əks-hücumları, təhlükəli vəziyyətləri olurdu. Lakin bütövlükdə topa yaxşı nəzarət etdik. Nəticəni də bunun sayəsində qazandıq".