Sergey Skoroviç: Azərbaycan ilə oyunda qapıçımız yaxşı çıxış etdi
10 fevral 2016 12:45
Futzal üzrə Rusiya yığmasının üzvü Sergey Skoroviç AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Azərbaycan üzərində 6:2 hesabıyla qələbə qazandıqları oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizə çox çətin oldu. Matça yaxşı başladıq, qol vurduq. Amma sonradan standart vəziyyət zamanı səhvə yol verdik. Müəyyən müddət komandamızda həyəcan hiss olunsa da, vaxtında toparlana bildik və növbəti qolu vurduq. Uşaqlar bu oyunda bir-birini çox yaxşı başa düşürdülər. Əlbəttə, qapımız qarşısında təhlükəli vəziyyətlər yaranırdı. Amma qapıçımız çox yaxşı oynadı".