Millimizin sabiq məşqçisinin komandası son Avropa çempionuna qalib gəldi
10 fevral 2016 11:15
Serbiyanın paytaxtı Belqradda təşkil olunan futzal üzrə Avropa çempionatının bütün yarımfinalçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, sonuncu 1/4 final matçında hazırkı Avropa çempionu İtaliya Qazaxıstanla üz-üzə gəlib.
Azərbaycan yığmasının sabiq baş məşqçisi Joze Alesionun da çalışdığı Qazaxıstan millisi böyük sensasiyaya imza ataraq, İtaliyaya qalib gəlib - 5:2. Nəticədə, AÇ-2016-nın yarımfinalında Qazaxıstan İspaniya ilə, Rusiya isə Serbiya ilə qarşılaşmaq imkanı qazanıb.
Maraq üçün xatırladaq ki, İtaliya D qrupunda Azərbaycana 3:0 hesabıyla qalib gəlmişdi. Millimiz 1/4 finala çıxsa da, ötən gecə Rusiyaya 2:6 hesabıyla uduzaraq, mübarizəni dayandırmaq məcburiyyətində qalmışdı.