Sergey Abramov: Azərbaycana qarşı daha keyfiyyətli oyun keçirdik
10 fevral 2016 00:20
Futzal üzrə Rusiya yığmasının üzvü Sergey Abramov AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Azərbaycan üzərində qələbə qazandıqları (6:2) oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz əvvəlki oyunlarla müqayisədə bu dəfə daha keyfiyyətli matç keçirdik. Azərbaycanlılar daha çox Avqustoya üstünlük verirdilər. O, standart vəziyyətlər zamanı yaxşı davranır. Bunun da sayəsində bizə iki qol vurdu. Ən çətin bu idi. Amma əsas odur ki, biz qələbə qazandıq. Mən vurduğum qollara əhəmiyyət vermirəm. Həmin qolları saymıram".