Domjalenin idman direktoru Məsimovun transferindən danışdı
9 fevral 2016 23:00
Sloveniyanın "Domjale" klubunun idman direktoru Matey Orajem azərbaycanlı futbolçu Samir Məsimovu transfer etmələrinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında o, bunları söyləyib:
"Samir Azərbaycanın ən yaxşı gənc futbolçularından hesab olunur. Bunu yığmanın baş məşqçisi Robert Prosineçki də qeyd edib. Biz müqavilə bağlamazdan öncə onunla da söhbət etmişdik. Ümid edirik ki, Məsimovun "Domjale"dəki oyunu uğurlu alınacaq. Elə bir futbolçudur ki, oyunun taleyini dəyişə bilər. Texnikalıdır, həm də sürətli və cəlddir. Artıq ilk məşqlərdən göstərdi ki, zəhmətkeşdir və komandamızın bir hissəsi ola biləcək".