Samir Məsimov Domjaledə debüt etdi
9 fevral 2016 22:00
Azərbaycanlı futbolçu Samir Məsimov Sloveniyanın "Domjale" klubunun heyətində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, o, komandasının Türkiyə toplanışı çərçivəsində Bolqarıstan "Levski"si ilə qarşılaşmanın iştirakçısı olub.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Maraqlıdır ki, "Domjale"nin yeganə qolunu vaxtilə "Bakı"da oynamış Lukas Mario Horvat vurub.
Məsimov bu oyuna start heyətdə və 19 nömrəli formada çıxıb. Amma o, 61-ci dəqiqədə əvəzlənib.