Kəpəz sabahdan məşqlərə başlayacaq
9 fevral 2016 21:20
Topaz Premyer Liqasının 20-ci turunda keçirilən “Kəpəz” – AZAL oyununun (2:0) ardından Bakıya qayıdan Gəncə klubunun futbolçuları dünən bərpaedici hazırlıqdan sonra istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, komanda məşqlərə sabah start verəcək.
Çempionatın 21-ci turunda Gəncədə “Qarabağ”la qarşılaşacaq “sarı-göylər” məşqləri “Dalğa Arena”da keçəcək. Fevralın 12-nə kimi bu stadionda hazırlaşacaq “Kəpəz” ayın 13-də Nizami yurduna qayıdacaq. Hazırlıq planına əsasən, Ağdam təmsilçinə qarşı oyunun son məşqi matçın keçiriləcəyi Gəncə şəhər stadionuna təyin olunub. (klub saytı)