"Rusiya - Azərbaycan matçı Argentina - Braziliya oyununa bənzəyir"
Futzal üzrə Qazaxıstan yığmasının baş məşqçisi Rikardu Sobral AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində keçiriləcək Rusiya - Azərbaycan matçından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qazaxıstan və Azərbaycan yığmaları AÇ-də yaxşı çıxış edirlər. Bu gün həm onlar, həm də biz 1/4 finalda oynayacağıq. Hər iki komandaya uğurlar arzulayıram. Rəqiblərimiz güclü komandalardır: İtaliya son Avropa çempionu, Rusiya ötən AÇ-nin finalçısıdır. Biz Qazaxıstan futzalının tarixinə düşmək istəyirik.
Azərbaycan yığmasına gəlincə, Rusiya ilə oynamaq olar. Bu görüş Argentina - Braziliya oyununa oxşayır. Ola bilər ki, Rusiya təhlükəli görünür. Çünki ən güclü çempionat onlardadır. Heyətində çoxlu güclü oyunçu var. Azərbaycan yığmasında da yaxşı uşaqlar var. Mənim fikrimcə, maraqlı oyun olacaq".