Məsimov bu gün Domjaledə ilk oyununa çıxacaq
9 fevral 2016 18:40
Sloveniyanın "Domjale" klubu bu gün Türkiyə toplanışı çərçivəsində yoxlama oyununa çıxır. Azerisport.az xəbər verir ki, "Neftçi"nin sabiq futbolçusu Samir Məsimovun yeni komandası Bolqarıstan "Levski"si ilə üz-üzə gələcək.
Məsimovun da bu oyunda start heyətdə meydana çıxması gözlənilir. Bu, futbolçumuzun yeni klubunda debüt matçı olacaq.