Rövşən Hüseynli: Rusiyaya qalib gəlmək şansımız var
9 fevral 2016 16:00
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İstənilən rəqibə qarşı oynamaq olar. Bizim Rusiya ilə oyunda qələbə qazanmaq şansımız var. Sadəcə, diqqətli oynamalı və çox çalışmalıyıq. Rəqibimiz güclü komandadır. Rəqib düşərgədə də brazliyalı oyunçular var. Tarix yazmaq üçün əlimizdən gələni edəcəyik. İtaliya - Çexiya oyununa gəlincə, son Avropa çempionunun qələbə qazanacağını gözləyirdim. Bu üzdən də 7:0 hesabı məni təəccübləndirmədi. Biz də çexləri böyük hesabla məğlub edə bilərdik. Sadəcə, səhvlərə yol verdiyimizə görə bu, mümkün olmadı".