Domjale Samir Məsimov ilə müqavilə imzaladı
9 fevral 2016 15:00
Sloveniyanın "Domjale" klubu "Neftçi"dən aldığı Samir Məsimovla rəsmi müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, 20 yaşlı futbolçu klubun rəsmi saytı vasitəsilə ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, Məsimovun yeni komandası hazırda Türkiyədə təlim-məşq toplanışındadır və mövsümün qalan hissəsinə hazırlaşır. "Neftçi"nin sabiq üzvü komandasının məşqlərinə də qatılmağa başlayıb.