Kazbek Tuayev: Rövnəq Abdullayevin rəqibi olmayacaq
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev AFFA-nın növbəti hesabat-seçki konfransı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, AFFA prezidentliyinə seçkilər zamanı Rövnəq Abdullayevin rəqibi olmayacaq. Mən ona səs verəcəyəm. Hesab edirəm ki, hələ AFFA-nın onun kimi prezidenti olmayıb. Mən onun daha iki seçki dönəmində bu postda qalmasını tələb edirəm. Çünki biz futbolda məhz onun dönəmində ciddi uğurlara nail olmuşuq. Onun rəhbərliyi altında bu cür infrastruktur yaradılıb. Yaxşı futbol meydançalarımız var. AFFA İcraiyyə Komitəsinə üzv seçkisinə gəlincə, məni yenidən seçsələr, yaxşı olaraq. Seçilməsəm də ciddi bir şey yoxdur. Bu postu ömürlük tutan deyiləm. Heç vaxt da belə fikrim olmayıb".