Qəbələ Antonvu da itirdi
9 fevral 2016 13:45
"Qəbələ" Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacağı "Sumqayıt"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bölgə klubunun heyətində bu oyun öncəsi bir neçə itki var.
Belə ki, Ruslan Abışov hələ də bərpa prosesi keçir və komandasına kömək edə bilməyəcəyi dəqiqdir. Yenicə sıradan çıxan Aleksey Antonovun da bir ay yaşıl meydanlardan kənar qalması gözlənilir.
Premyer Liqanın 19-cu turunda "Kəpəz"ə qarşı oyunda zədələnən Sergey Zenyovun da növbəti turda meydana çıxması sual altındadır.