Sumqayıt, Qarabağ və İnter 500 manat cərimələndi
9 fevral 2016 13:15
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Sumqayıt” - “Zirə” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
"Qarabağ” - “Xəzər Lənkəran” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
"İnter” - “Qəbələ” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.