Tino Peres: Rusiya yığmasını yaxşı tanıyıram
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunları söyləyib:
"Bizim qrupdan çıxıb-çıxmayacağımıza İtaliya - Çexiya oyununda aydınlıq gəlməliydi. Həmin görüşü izləyərkən həyəcanlı idik. Amma italiyalıların ikinci qolundan sonra həyəcan daha çox sevinclə əvəzlənməyə başladı, rahatlaşdıq. İtaliya yığması bu görüşdə gözəl çıxış etdi və qrup birincisi olmağa layiq olduğunu göstərdi. İndi bizi Rusiya ilə oyun gözləyir. Ümid edirəm ki, 1/4 finala çıxmağımız bizə əlavə güc və inam verəcək. Rusiya yığmasını yaxşı tanıyıram. Çünki bu komandanın heyətindəki oyunçulardan bir neçəsi ilə vaxtilə çalışmışam və onlar da məni yaxşı tanıyırlar. Rusiya yığması yaxşı oyun sərgiləyir, amma rəqibə də oynamağa imkan verir". (UEFA)