AFFA prezidenti olmaq istəyənlərin fevralın 25-nə kimi vaxtı var
9 fevral 2016 12:30
Martın 11-də AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, konfransın gündəliyinə AFFA-nın Nizamnaməsinə uyğun olaraq, bir sıra məsələlər daxil edilib.
Onların arasında AFFA prezidentinin, həmçinin İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi də var. Futbol ictimaiyyətinin istənilən nümayəndəsi konfransın keçirilməsindən 15 gün əvvələ kimi AFFA prezidentliyinə namizədliyini irəli sürə bilər. Bunun üçün son tarix fevralın 15-dir. Lakin hazırda hələ heç kim AFFA prezidenti olmaq üçün namizədliyini verməyib.