Avqusto: Bizi Rusiya ilə heç də asan olmayacaq qarşılaşma gözləyir
9 fevral 2016 12:15
Futzal üzrə Azərbaycan yığmasının üzvü Avqusto AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"1/4 finala yüksəldiyimizə görə şadam. Bizi Rusiya ilə heç də asan olmayacaq qarşılaşma gözləyir. Rəqib çox güclüdür. Bu üzdən də diqqətli olmağa və hücumda uğur qazanmağa çalışmalıyıq".