AÇ-2016-nın iki yarımfinalçısı bəllidir
9 fevral 2016 11:30
Serbiyanın paytaxtı Belqradda təşkil olunan futzal üzrə Avropa çempionatında iki yarımfinalçının adı artıq bəllidir. Azerisport.az xəbər verir ki, turnirə ev sahibliyi edən Serbiya yığması 1/4 finalda Ukraynaya 2:1 hesabıyla qalib gələrək növbəti mərhələyə yüksəlib.
Digər görüşdə isə İspaniya Portuqaliyanı 6:2 hesabıyla üstələyib.
Qeyd edək ki, digər yarımfinalçılar bu gün müəyyənləşəcək. Azərbaycan millisi Rusiya, Qazaxıstan isə İtaliya ilə qarşılaşacaq.