Eddi İsrafilov: Növbəti oyuna qədər səhvlərimizi aradan qaldırmalıyıq
9 fevral 2016 00:25
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov yenicə keçdiyi İspaniyanın "Kordoba" klubunun heyətində "Alkorkon"a qarşı keçirdiyi debüt oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, 3:3 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Baş məşqçi oyundan öncə tez-tez deyirdi ki, rəqibimiz çox təhlükəli komandadır, ehtiyatlı oynamalıyıq. Biz arxayınlığa yol verməməliydik. Bu görüşdə bir sıra səhvlərə yol verdik. Amma növbəti oyuna qədər bu səhvləri aradan qaldırmalıyıq. Düzdür, komandamız son oyunlarda az uduzmayıb. Növbəti oyunu evdə keçirəcəyimizi nəzərə alsaq, doğma azarkeşlərimizin gözü qarşısında qələbə qazanmalıyıq".