Tural Rzayev: Qarabağa keçmək istəsəm də, zədəm buna mane oldu
8 fevral 2016 17:40
"Sumqayıt"ın sabiq hücumçusu Tural Rzayev zədələnib. Azerisport.az xəbər verir ki, Türkiyənin "Mersin İdmanyurdu" klubuna keçidi gündəmdə olan futbolçu bunu saytımıza açıqlamasında özü bəyan edib:
"Mersin İdmanyurdu" klubuna keçidim alınmayınca, Bakıya qayıtdım. "Qarabağ"ın düşərgəsinə məşq edirdim. Ağdam klubu ilə yarım illik müqavilə bağlamaq istəyirdim ki, yayda yenidən Türkiyəyə gedim. Amma məşqlərin birində zədələndim. Hazırda əməliyyat olunmalıyam. Buna görə Türkiyəyə getməliyəm".