İvan Milovanov: Azərbaycan ilə oyunda əla futbol sərgiləməyə çalışacağıq
8 fevral 2016 17:20
Futzal üzrə Rusiya yığmasının İvan Milovanov AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz əvvəlki oyunlarımızdan nəticə çıxarmağa çalışacağıq. Azərbaycanla oyuna yaxşı hazırlaşmaq üçün vaxtımız var. 1/4 finalda əla futbol sərgiləməyə çalışacağıq. Həm özümüzü, həm də rusiyalı azarkeşləri sevindirmək üçün maksimum güc sərf edəcəyik".