Dodo: Bundan sonra xal qazanmağımız daha asan olacaq
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyundan (1:0) sonra azerisport.az saytına müsahibə verib.
- Bakılılarla oyunu necə şərh edərdiniz?
- Bu oyunda bizə ancaq qələbə lazım idi. Şadam ki, bu hədəfimizə çatmağı bacardıq. Vacib xallar qazandıq. Çünki son oyunlarımzda qələbə qazana bilmirdik.
- "Kəpəz"ə əvvəlki turda böyük hesabla (0:3) uduzduğunuzu nəzərə alsaq, "İnter"i məğlub edəcəyinizə inanırdınız?
- Əlbəttə. Son matçlarda biz heç də pis oynamırıq. Sadəcə, qələbə qazana bilmirik. "İnter"lə də yaxşı oynadıq və qələbə qazandıq. Ümid edirəm ki, qarşıda da hər şey yaxşı olacaq.
- Güclü külək çıxışınıza nə dərəcədə təsir göstərdi?
- Hava şəraiti təbii ki, futbol üçün heç də ideal sayıla bilməzdi. Bu cür havada oynamaq çox çətin idi.
- "Qəbələ"nin uğursuz gedişata son qoyduğunu söyləmək olar?
- Bəli. Bundan sonra bizim üçün xallar toplamaq daha asan olacaq.
- Bəs bundan əvvəlki oyunlarda qələbə qazanmağınıza nə mane olurdu?
- Biz problemi məşqçilərlə, klub rəhbərliyi ilə müzakirə edirik. "Qəbələ" Avropa Liqasında çıxış edirdi. Amma son dövrlər heç də özümüzə bənzəmirdik. Azarkeşlər də bu cür "Qəbələ" görməyə alışmayıblar. Lakin şadam ki, qəqləbə qazandıq və azarkeşlərimizi sevindirdik.
- Öz çıxışınızdan razısınız?
- Öz oyunuma qiymət verməyim düzgün çıxmaz. Bircə məqamı qeyd edə bilərəm ki, meydana həmişə qələbə üçün çıxıram.
- Növbəti turda "Sumqayıt"la oynayacaqsınız. Qələbəyə ümid edirsiniz?
- Bəli, yenə də meydana ancaq qələbə üçün çıxacağıq. Rəqib isə çox güclüdür.