Zirə - Rəvan matçının vaxtı dəyişdirildi
8 fevral 2016 15:15
Topaz Premyer Liqasının 21-ci turunun oyun cədvəlində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, canlı yayım səbəbindən “Zirə” – “Rəvan” görüşünün vaxtı dəyişdirilib.
Belə ki, matç 14 fevralda deyil, bundan 1 gün sonra keçiriləcək. Məlumatı Peşəkar Futbol Liqası yayıb.