Amil Yunanov: Həm Neftçiyə, həm də Zirəyə qalib gələ bilərdik
8 fevral 2016 11:00
"Sumqayıt"ın hücumçusu Amil Yunanov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz yaxşı oynadıq, meydanda var gücümüzü qoyduq. Amma bəxtimiz gətirmədiyinə görə qələbə qazana bilmədik. O qədər qol vəziyyətimiz oldu, heç birindən yararlanmaq mümkün olmadı. Bu görüşdə əsas üç xal idi, onu da rəqib qazandı. Halbuki, həm "Neftçi"yə, həm də "Zirə"yə qalib gələ bilərdik".