Azərbaycan AÇ-də Rusiya ilə qarşılaşacaq
8 fevral 2016 01:45
Futzal üzrə Azərbaycan yığmasının AÇ-2016-nın final mərhələsindəki növbəti rəqibi artıq bəllidir. Azerisport.az xəbər verir ki, komandamız 1/4 finalda Rusiya ilə qarşılaşacaq.
Həmin oyun fevralın 9-da keçiriləcək. Millimizin qrupundan yüz faizlik nəticə ilə çıxan İtaliya isə Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bütövlükdə, AÇ-nin növbəti mərhələsində qarşılaşacaq digər cütlüklər bunlardır: İtaliya - Qazaxıstan, Ukrayna - Serbiya, Portuqaliya - İspaniya.